Menyu

Mikayıl Cabbarov: Bu gün ölkəmiz iqtisadi inkişaf yolunda daha bir mühüm mərhələyə daxil olur

Nərmin Qocamanlı
Mikayıl Cabbarov: Bu gün ölkəmiz iqtisadi inkişaf yolunda daha bir mühüm mərhələyə daxil olur

"Bu gün ölkəmiz iqtisadi inkişaf yolunda daha bir mühüm mərhələyə daxil olur".

Operativ Media xəbər verir ki, bu sözləri iqtisadiyyat naziri Mikayıl Cabbarov öz "X" hesabında etdiyi paylaşımda bildirib.

"Beynəlxalq tərəfdaşlarımız və həmkarlarımızın iştirakı ilə Azərbaycan qazının Türkiyə ərazisindən Suriyaya ixracını təmin edəcək Türkiyə - Suriya Təbii Qaz Boru Xəttinin açılışı ölkəmizin etibarlı və strateji enerji təchizatçısı olduğunu bir daha nümayiş etdirdi.

Azərbaycan, Türkiyə və Suriyanın energetika sahəsində uğurlu əməkdaşlığını ifadə edən bu layihə ölkəmizin qaz ixrac coğrafiyasının yeni istiqamətlər üzrə genişləndirilməsinə və qlobal enerji təhlükəsizliyinin təminatına yeni töhfələr verəcək", - paylaşımda deyilir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Fotogalereya

Əlaqəli Xəbərlər