Zirənin bəzi ərazilərində işıq olmayacaq
Şəfa Hüseynli
Bu gün Bakının Xəzər rayonunun Zirə kəndinin bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.
Bu barədə Operativ Media-ya "Azərişıq” ASC-dən məlumat verilib.
Bildirilib ki, Zirə Enerji Təchizatı və Satışı İdarəsinin (ETSİ) ərazisində 35 kV-luq hava xəttində avqustun 7-də təmir-bərpa işləri aparılacaq. Bununla əlaqədar olaraq saat 10:00-dan saat 12:00-dək Zirə kəndinin bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
İşlər yekunlaşdıqdan sonra həmin ərazi daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net