İsrailin Baş naziri Benyamin Netanyahu Azərbaycan və Ermənistan liderlərini, hər iki ölkə xalqını təbrik edib.
Operativ Media xəbər verir ki, bu barədə Netanyahunun "X" hesabında paylaşım edilib.
Paylaşımda deyilir:
"Prezident Trampı təbrik edirəm! Sizin cəsarətli liderliyiniz və qlobal baxışınız növbəti sülh sazişinin imzalanmasına imkan yaratdı.
Həmçinin bu tarixi sazişin imzalanması münasibətilə Prezident Əliyevi, Baş nazir Paşinyanı və Azərbaycan ilə Ermənistan xalqlarını ürəkdən təbrik edirəm.
Arzu edirəm ki, sizi barışıq və ortaq rifah dövrü gözləsin".