Menyu

Makron Ermənistan və Azərbaycan arasında əldə edilmiş razılaşmanı alqışlayıb

Nərmin Qocamanlı
Makron Ermənistan və Azərbaycan arasında əldə edilmiş razılaşmanı alqışlayıb
1 dəq oxu

"ABŞ-də Ermənistan və Azərbaycan arasında əldə edilmiş razılaşmanı alqışladım".

Operativ Media xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron "X" hesabında Ermənistanın Baş naziri Nikol Paşinyanla apardığı telefon danışığı ilə bağlı paylaşımında bildirib.

"Ümid edirəm ki, bu saziş tez bir zamanda hər kəsin maraqlarına hörmət edən Sülh Müqaviləsinin imzalanmasına və ratifikasiyasına səbəb olacaq", - o, qeyd edib.

Əlaqəli Xəbərlər