Meloni Ukrayna böhranın həllində birliyə çağırıb
Əziz Əzizli
İtaliyanın baş naziri Corciya Meloni Ukrayna böhranının həlli üçün hamını birliyə çağırıb.
Operativ Media xəbər verir ki, bunu o, Ağ Evin Şərq otağında ABŞ Prezidenti , Volodimir Zelenski və Avropa liderləri ilə görüşdə deyib.
O, açılış nitqində deyib:
“Əgər biz sülhə nail olmaq və ədaləti təmin etmək istəyiriksə, bunu birlikdə etməliyik. İtaliya ABŞ-nin bütün səylərini tam dəstəkləyir. Biz ölkələrimizin təhlükəsizliyi üçün birlikdə sülhə zəmanət verməliyik".
Baş nazir əlavə edib ki, Tramp həll yolu axtarışında yeni mərhələyə başlamağa nail olub. O, həmçinin xatırladıb ki, İtaliya NATO Nizamnaməsinin kollektiv müdafiə haqqında 5-ci maddəsinə əsasən Ukraynaya təhlükəsizlik zəmanəti təklif edib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net