Menyu

Bələdiyyələrlə bağlı illik məruzə Milli Məclisə daxil olub

Operativ Media
Bələdiyyələrlə bağlı illik məruzə Milli Məclisə daxil olub

Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi Milli Məclisə daxil olub.

Operativ Media xəbər verir ki, sənəd parlamentin Regional məsələlər komitəsinin fevralın 9-da keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.

Qeyd edək ki, bələdiyyələr yerli özünüidarəetmə orqanı kimi əvvəlki il üzrə görülmüş işlər haqqında, o cümlədən bələdiyyə mülkiyyətinin istifadəsi haqqında seçicilərinə hesabat verir. Bu hesabat bələdiyyə binasının qarşısında xüsusi lövhələrdə yerləşdirilir, habelə elan, bülleten, vərəqə, yerli mətbuat, internet saytı və digər vasitələrlə əhaliyə çatdırılır.

Ədliyyə Nazirliyi isə bələdiyyələrin işinin təşkilinə kömək edir və onlara metodoloji yardım göstərir, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirir. Bu məqsədlə Ədliyyə Nazirliyi hər il Milli Məclisə "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı İllik Məruzə" təqdim edir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər