Menyu

ABŞ Nümayəndələr Palatası 2027-ci il hərbi büdcə layihəsini təsdiqləyib

Operativ Media
ABŞ Nümayəndələr Palatası 2027-ci il hərbi büdcə layihəsini təsdiqləyib

ABŞ Konqresinin Nümayəndələr Palatası 2027-ci ildə ölkənin hərbi ehtiyacları üçün 1,15 trilyon dolların ayrılmasını nəzərdə tutan qanun layihəsini qəbul edib.

Operativ Media xəbər verir ki, bu barədə məlumat C-SPAN telekanalının alt palatadakı səsvermədən canlı yayımında əksini tapıb.

​Sənədin lehinə 216, əleyhinə isə 212 konqresmen səs verib. Növbəti mərhələdə sənəd Senatın müzakirəsinə təqdim olunacaq və yuxarı palatada dəstəklənəcəyi təqdirdə imzalanmaq üçün prezident Donald Trampa göndəriləcək.

​"Politico" qəzetinin verdiyi məlumata görə, Konqresin hər iki palatasına nəzarət edən respublikaçılar sənədin Senatdan keçməsində çətinliklərlə üzləşə bilərlər, çünki qəbul üçün azı 60 senatorun dəstəyi tələb olunur. İyulun əvvəlində Senatda hazırlanan oxşar layihə yuxarı palata tərəfindən rədd edilmişdi.

​Bununla yanaşı, Nümayəndələr Palatası 95 milyard dollarlıq əlavə maliyyə təşəbbüsünü də bəyənib. Bu vəsaitin 73 milyard dollarının İrana qarşı hərbi əməliyyatların maliyyələşdirilməsinə yönəldilməsi nəzərdə tutulur və sözügedən sənəd də Senata göndəriləcək.

​Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. İyun ayında Vaşinqton və Tehran bütün cəbhələrdə, o cümlədən Livan ərazisində döyüşlərin dərhal dayandırılmasını nəzərdə tutan anlaq memorandumu imzalayıblar. Lakin iyulun 8-nə keçən gecə ABŞ Hürmüz boğazı ilə bağlı əldə olunmuş razılaşma şərtlərinin pozulduğunu bildirərək İrana qarşı genişmiqyaslı zərbələri bərpa edib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər