“Sportinq” İbraim Ba ilə uzunmüddətli müqavilə imzaladı
Portuqaliyanın “Sportinq” klubu “Famalkan”ın müdafiəçisi İbraim Ba ilə rəsmi müqavilə imzalayıb.
Operativ Media xəbər verir ki, bu barədə Lissabon təmsilçisinin rəsmi saytı məlumat yayıb. 21 yaşlı seneqallı futbolçu ilə 2031-ci ilə qədər sözləşmə bağlanıb. Transfer razılaşmasında futbolçunun serbestqalma məbləği 80 milyon avro olaraq müəyyənləşdirilib.
Keçidi haqqında təəssüratlarını bölüşən gənc oyunçu deyib: “Əvvəllər “Famalkan”ın heyətində “Sportinq”ə qarşı oynamışam, indi isə “Xose Alvalade” stadionunda bu klubun şərəfini qoruyacam. “Sportinq”də çıxış etməyi çox istəyirdim. Bu komandaya qarşı oynayanda həmişə çətin olurdu, çünki azarkeşləri möhtəşəm atmosfer yaradırlar”.
Qeyd edək ki, müdafiəçi 2025/26 mövsümündə Portuqaliya çempionatında keçirdiyi 24 qarşılaşmada 1 qol vurub və 1 məhsuldar ötürmə müəllifi olub.