Menyu

Rodri bel əməliyyatı olacaq

Operativ Media
Rodri bel əməliyyatı olacaq

"Mançester Siti"nin yarımmüdafiəçisi Rodri belindəki zədə səbəbindən əməliyyat olunacaq.

Operativ Media xəbər verir ki, bu barədə "The Athletic" nəşri məlumat yayıb. 30 yaşlı ispaniyalı futbolçunun yaşıl meydanlara nə vaxt qayıdacağı hələlik məlum deyil.

​Xatırladaq ki, təcrübəli yarımmüdafiəçi İspaniya milli komandasının çempion olduğu DÇ-2026-nın ən yaxşı oyunçusu seçilib. O, turnir çərçivəsində keçirilən bütün 8 qarşılaşmada, o cümlədən İspaniyanın Argentina üzərində 1:0 hesablı qələbə qazandığı final matçında meydanda olub.

​Bu yay mətbuatda Madrid "Real"ının yarımmüdafiəçi ilə maraqlandığı barədə xəbərlər yayılıb. Qeyd edək ki, futbolçunun Mançester təmsilçisi ilə qüvvədə olan müqaviləsi 2027-ci ilin yayına kimidir.

​2019-cu ildən "Mançester Siti"də çıxış edən Rodri indiyədək komandanın heyətində keçirdiyi 298 rəsmi matçda 28 qol vurub və 32 məhsuldar ötürmə ilə yadda qalıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər