Menyu

20 nəfər azərbaycanlı Çində təqaüdlə təhsil alacaq

Şəfa Hüseynli
20 nəfər azərbaycanlı Çində təqaüdlə təhsil alacaq

"Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Çin Xalq Respublikasının Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş”i çərçivəsində ümumilikdə 20 nəfər Azərbaycan vətəndaşı 2026-2027-cı tədris ili üzrə Çin Xalq Respublikasının nüfuzlu universitetlərində təhsil almaq imkanı qazanıb.

Operativ Media-ya bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Çin tərəfinin yekun qərarına əsasən, namizədlər Shanghai Jiao Tong University, Shanghai University, Zhejiang University, China University of Petroleum, Beijing Institute of Technology, Peking University və digər nüfuzlu ali təhsil müəssisələrində hüquq, neft və qaz mühəndisliyi, kibertəhlükəsizlik, iqtisadiyyat və menecment, beynəlxalq biznes, tətbiqi kimya, beynəlxalq hüquq və digər ixtisaslar üzrə təhsil alacaqlar.

Təqaüd proqramı çərçivəsində seçilmiş namizədlərdən 18 nəfər magistratura, 2 nəfər isə doktorantura səviyyəsində təhsil almaq hüququ qazanıb. 

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər