Tramp Zelenski ilə görüşəcək
Operativ Media
ABŞ Prezidenti Donald Tramp bu gün Ağ Evdə Volodimir Zelenski ilə görüşəcək.
Operativ Media xəbər verir ki, bu barədə Amerika liderinin bazar ertəsi dərc olunmuş iş qrafikində bildirilib.
Ağ Evin Oval kabinetində keçiriləcək görüşün jurnalistlər üçün qapalı formatda təşkil olunması planlaşdırılır.
Vaşinqton administrasiyasının nümayəndələri daha əvvəl mətbuata bildiriblər ki, Tramp və Zelenskinin Ukraynadakı münaqişənin tənzimlənməsi ilə bağlı məsələləri müzakirə edəcəkləri gözlənilir.
Qrafikə əsasən, saat 19:00-da Tramp Oval kabinetdə İsrailin Baş naziri Binyamin Netanyahu ilə görüşəcək. Bu görüşün də jurnalistlər üçün qapalı formatda keçirilməsi nəzərdə tutulur.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net