Menyu

AFFA elit hakimlər üçün növbəti fiziki hazırlıq sınağını keçirib

Operativ Media
AFFA elit hakimlər üçün növbəti fiziki hazırlıq sınağını keçirib

AFFA Hakimlər Departamenti və Hakimlər Komitəsi tərəfindən yeni futbol mövsümünə hazırlıq planına uyğun olaraq, Elit kateqoriyalı baş və köməkçi hakimlər üçün növbəti fiziki normativ üzrə fitness test təşkil edilib.

Operativ Media xəbər verir ki, iyulun 26-27-də “Neftçi”nin təlim-məşq bazasında baş tutan sınaqlar UEFA və FIFA-nın müasir tələblərinə uyğun şəkildə keçirilib. Fitness testlərin əsas məqsədi Elit kateqoriyalı hakimlərin sürət, dözümlülük, çeviklik və yüksək intensivlikli qaçış göstəricilərini qiymətləndirmək, eləcə də onların gərgin matçlara fiziki baxımdan tam hazır olub-olmadıqlarını yoxlamaqdır.

Hakimlər FIFA standartlarına cavab verən xüsusi qısamüddətli sürətlənmə (sprint) və interval qaçış normativlərini yerinə yetiriblər. Testlərin nəticələrinə əsasən, hakimlərin hamısı müəyyən olunmuş normativləri uğurla tamamlayaraq yüksək fiziki hazırlıq nümayiş etdirib.

AFFA Hakimlər Departamenti və Hakimlər Komitəsi hakimlərin fiziki və nəzəri hazırlıq səviyyəsinin daim yüksək saxlanılması, matç idarəçiliyində keyfiyyətin artırılması istiqamətində bu cür yoxlamaları mövsüm ərzində də davam etdirəcək.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər