Menyu

"İmişli" anqolalı vingerlə gücləndi

Operativ Media
"İmişli" anqolalı vingerlə gücləndi
1 dəq oxu

“İmişli” PFK yay transfer dövründə daha bir futbolçunu heyətinə qatıb.

Operativ Media klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, anqolalı Domingos Sengui Hermenegildo (Picas) "İmişli"nin yeni üzvüdür. 25 yaşlı futbolçu ilə 2+1 illik müqavilə imzalanıb.

Sağ cinah vingeri mövqeyində çıxış edən Picas karyerası ərzində Anqolanın “Petro Luanda”, eləcə də Portuqaliyanın “Şaveş”, “Torreenşe”, “Feyrenşe” və “Fafi” klublarının formasını geyinib.

Əlaqəli Xəbərlər