Menyu

Deputat: İranın AzTV ilə bağlı qərarının heç bir hüquqi və məntiqi əsası yoxdur

Operativ Media
Deputat: İranın AzTV ilə bağlı qərarının heç bir hüquqi və məntiqi əsası yoxdur

İranın AzTV-yə qarşı atdığı addımı heç bir hüquqi və ya məntiqi əsası olmayan, qeyri-dost münasibətin təzahürü kimi qiymətləndirirəm. Çünki AzTV-nin efirində İrana qarşı məqsədyönlü informasiya kampaniyası və ya təbliğat aparıldığını müşahidə etməmişik. Televiziya kanalında yayımlanan materiallar əsasən regionda və dünyada baş verən hadisələrin operativ və obyektiv şəkildə ictimaiyyətə çatdırılmasına xidmət edib. Bu isə istənilən media qurumunun əsas funksiyası və peşə borcudur.

Bu sözləri Operativ Media-ya deputat Azər Badamov deyib. 

O bildirib ki, AzTV-nin İranla bağlı hazırladığı xəbərlərdə qərəzli yanaşma, nifrət ritorikası və ya İran dövlətinin suverenliyinə, yaxud daxili siyasətinə qarşı yönəlmiş çağırışlar müşahidə olunmayıb. Əksinə, Azərbaycan mediası uzun illərdir qonşu dövlətlə münasibətlərə həssas yanaşmağa və iki ölkə arasında qarşılıqlı hörmət prinsiplərini qorumağa çalışıb:

“Azərbaycan İranı qonşu və regionun mühüm dövlətlərindən biri hesab edir. Rəsmi Bakı hər zaman münasibətlərin qarşılıqlı hörmət, beynəlxalq hüquq və mehriban qonşuluq prinsipləri əsasında inkişaf etdirilməsinin tərəfdarı olub. Əgər İran tərəfinin AzTV-nin yayımladığı hər hansı materialla bağlı iradı və ya narazılığı var idisə, bunu diplomatik kanallar və ya rəsmi dövlət qurumları vasitəsilə Azərbaycan tərəfinə çatdırması daha konstruktiv və beynəlxalq praktikaya uyğun addım olardı.

Heç bir rəsmi izahat vermədən və ya konkret faktlar təqdim etmədən AzTV-ni "düşmən media" kimi təqdim etmək nə peşəkar media etikası, nə də dövlətlərarası münasibətlər baxımından qəbul edilə bilən yanaşma hesab oluna bilər. Bu cür qərarlar media sahəsində əməkdaşlıq mühitini zəiflədir, qarşılıqlı etimadı sarsıdır və informasiya mübadiləsinə mənfi təsir göstərir.

Təbii ki, belə addımlar cavabsız qalmamalıdır və Azərbaycan da öz milli maraqları çərçivəsində adekvat addımlar atmaq hüququna malikdir. Bununla yanaşı, iki qonşu ölkə arasında yaranan fikir ayrılıqlarının media üzərindən deyil, dialoq və diplomatik vasitələrlə həll olunması daha məqsədəuyğun olardı.

Ümumilikdə hesab edirəm ki, İranın AzTV-yə qarşı atdığı bu addım Azərbaycan–İran media və informasiya münasibətlərində etimad mühitinə mənfi təsir göstərən, qarşılıqlı əməkdaşlıq imkanlarını məhdudlaşdıran və ümumilikdə ikitərəfli münasibətlərdə əlavə gərginlik yarada biləcək uğursuz qərardır”.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər