Ruben Rubinyan Ermənistan və Azərbaycan arasındakı normallaşma prosesini qiymətləndirib
Operativ Media
Ermənistan ilə Azərbaycan arasındakı normallaşma prosesinin hazırda Ermənistan-Türkiyə münasibətlərinin bərpası dinamikasını qabaqladığı bildirilir.
Operativ Media xəbər verir ki, bu barədə Ruben Rubinyan bəyan edib. O diqqətə çatdırıb ki, Bakı və İrəvan arasında davam edən təmaslar çərçivəsində Azərbaycan tərəfi Ermənistandan dəmir yolu tranzitinə qoyulan məhdudiyyətləri Türkiyədən daha əvvəl aradan qaldırıb, sonradan Türkiyə də analoji addımı atıb.
Rubinyanın sözlərinə görə, hazırda Ermənistan və Azərbaycan arasında birbaşa ticarət əlaqələri mövcuddur və bura xüsusilə neft məhsullarının dövriyyəsi daxildir. O əlavə edib ki, Ankara iki tərəfli münasibətlərin normallaşdırılması istiqamətində daha fəal addımlar atmalıdır.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net