Menyu

Ermənistan Prezidenti hökumətin istefasını qəbul edib

Operativ Media
Ermənistan Prezidenti hökumətin istefasını qəbul edib

Ermənistan Prezidenti Vaaqn Xaçaturyan ölkə hökumətinin istefası ilə bağlı müvafiq fərman imzalayıb.

Operativ Media xəbər verir ki, bu barədə dövlət başçısının rəsmi saytında məlumat verilib. Sənəddə Ölkə Konstitusiyasının 130-cu maddəsinə əsaslanaraq nazirlər kabinetinin istefasının qəbul edildiyi bildirilib.

​Buna qədər Baş nazir Nikol Paşinyan prezidentə ünvanlanan istefa ərizəsini imzalayaraq dövlət başçısının administrasiyasına göndərmişdi. Paşinyan Konstitusiyaya uyğun olaraq yeni seçilmiş parlamentin ilk iclasının keçirildiyi gün hökumətin istefa verdiyini açıqlamışdı.

​Qeyd edək ki, avqustun 2-də Ermənistanda yeni seçilmiş parlamentin ilk sessiyası işə başlayıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər