ABŞ İrana gedən 35 gəminin marşrutunu dəyişdirib
Operativ Media
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) iyulun 14-də İranın dəniz blokadasını bərpa etdikdən sonra 35 ticarət gəmisinin marşrutunun dəyişdirildiyini açıqlayıb.
Operativ Media xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) X sosial şəbəkəsində paylaşım edib.
Məlumata görə, avqustun 2-nə olan vəziyyətə əsasən, ABŞ hərbçiləri 35 kommersiya gəmisinin marşrutunu dəyişdirib.
Bəyanatda həmçinin qeyd olunub ki, daha iki gəmi sıradan çıxarılıb, digər iki gəmidə isə yoxlama aparmaq məqsədilə hərbçilər göyərtəyə çıxıblar.
Qeyd edək ki, CENTCOM daha əvvəl Yaxın Şərqdə ABŞ-a məxsus 20-dən çox hərbi gəminin fəaliyyət göstərdiyini bildirmişdi.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net