Menyu

Yaponiya Çinin hərbi fəallığını ölkə üçün böyük strateji təhlükə hesab edir

Operativ Media
Yaponiya Çinin hərbi fəallığını ölkə üçün böyük strateji təhlükə hesab edir

Yaponiya Müdafiə Nazirliyi Pekinin xarici siyasətini və artan hərbi fəallığını ölkənin təhlükəsizliyinə qarşı misli görünməmiş strateji çağırış kimi qiymətləndirib.

​Operativ Media xəbər verir ki, bu barədə yapon idarəsinin avqustun 4-də təsdiqlənmiş illik "Ağ kitab" hesabatında bildirilib. Sənədə əsasən, Tokio Çinin bu addımlarına cavab vermək üçün milli imkanlarını səfərbər etməyi, eləcə də müttəfiqləri və digər tərəfdaş dövlətlərlə əməkdaşlığı genişləndirməyi vacib sayır.

​Analitiklər Çinin 30 ildən çoxdur müdafiə büdcəsini şəffaf olmayan şəkildə artıraraq ordusunu sürətlə gücləndirdiyini iddia edirlər. Həmçinin Pekinin Yaponiya ətrafında, xüsusən ərazi mübahisəsi mövzusu olan Senkaku (Daoyudao) adaları zonasında və Cənubi Çin dənizində fəallığını artırdığı vurğulanıb.

​Məruzədə Tayvan məsələsinə də xüsusi diqqət yetirilib. Yapon mütəxəssislərinin qənaətinə görə, Çin Sahil Mühafizəsi gəmilərini cəlb etməklə adanı "boz zona" ssenarisi üzrə blokadaya ala bilər. Qeyd olunub ki, Tayvan 1949-cu ildən — vətəndaş müharibəsində məğlub olan Çan Kayşinin başçılıq etdiyi Qomindan qüvvələrinin oraya qaçmasından bəri özünü idarə edir. Bununla belə, Pekinin rəsmi mövqeyinə görə, ada ÇXR-in tərkib hissəsidir.

​Hesabatda Vaşinqton və Pekin arasında siyasi, iqtisadi və hərbi sahələrdə dərinləşən rəqabətə də toxunulub. Yapon ekspertləri güclər nisbətinin dəyişməsi və həllini tapmayan problemlər səbəbindən ABŞ ilə Çin arasındakı qarşıdurmanın gələcəkdə daha da şiddətlənəcəyini qeyd ediblər.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər