Menyu

Tural Gəncəliyev: ATƏT sədrinin Bakı səfəri əməkdaşlıq üçün yeni imkanlar açır

Ayşən Sadıxzadə
Tural Gəncəliyev: ATƏT sədrinin Bakı səfəri əməkdaşlıq üçün yeni imkanlar açır
ATƏT-in fəaliyyətdə olan sədrinin Azərbaycana səfəri həm Azərbaycan–İsveçrə münasibətlərinin, həm də Azərbaycanın ATƏT çərçivəsində əməkdaşlığının müzakirəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Bu səfər ikitərəfli əlaqələrin mövcud vəziyyətinin və inkişaf perspektivlərinin, eləcə də ATƏT-in beynəlxalq təşkilat kimi prioritet istiqamətlərinin dəyərləndirilməsi üçün əlverişli platforma yaradır.

Bu sözləri Operativ Media-ya deputat Tural Gəncəliyev deyib. 

O bildirib ki, İsveçrə Azərbaycanın Avropadakı mühüm tərəfdaşlarından biridir. İki ölkə arasında diplomatik münasibətlər 1992-ci ildə qurulub və 2027-ci ildə bu münasibətlərin 35 illiyi qeyd ediləcək. Bu müddət ərzində siyasi dialoq, iqtisadi əməkdaşlıq və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyət davamlı şəkildə inkişaf edib:

“İsveçrənin ATƏT-ə sədrliyi Azərbaycanın təşkilat çərçivəsində konstruktiv gündəliklə çıxış etməsi və təşkilatla əməkdaşlığın müxtəlif istiqamətlərinin müzakirəsi üçün əlavə imkanlar yaradır. Hazırda Azərbaycan ATƏT platformasında yalnız keçmiş münaqişə kontekstində deyil, daha geniş mənada regional və beynəlxalq təhlükəsizlik, əməkdaşlıq, etimad quruculuğu və digər aktual məsələlər üzrə öz mövqeyini ifadə etmək imkanına malikdir. Bu baxımdan səfər zamanı həm Azərbaycan–İsveçrə münasibətləri, həm də ATƏT çərçivəsində əməkdaşlığın perspektivlərinin geniş şəkildə müzakirə olunacağı gözlənilir. Hazırda Azərbaycan ATƏT platformasında yalnız keçmiş münaqişə kontekstində deyil, daha geniş mənada regional və beynəlxalq təhlükəsizlik, əməkdaşlıq, etimad quruculuğu və digər aktual məsələlər üzrə öz mövqeyini ifadə etmək imkanına malikdir. Bu baxımdan səfər zamanı həm ikitərəfli münasibətlər, həm də ATƏT çərçivəsində əməkdaşlığın perspektivlərinin geniş şəkildə müzakirə olunacağı gözlənilir.

İkitərəfli münasibətlərdə iqtisadi əməkdaşlıq da mühüm yer tutur. Xüsusilə enerji təhlükəsizliyi, alternativ və bərpa olunan enerji mənbələrinin inkişafı istiqamətində əməkdaşlıq üçün geniş potensial mövcuddur. Bununla yanaşı, SOCAR-ın İsveçrədəki fəaliyyəti və ölkənin enerji sektoruna verdiyi töhfə iqtisadi münasibətlərin əsas istiqamətlərindən biri kimi qiymətləndirilə bilər.

Bundan əlavə, Azərbaycan və İsveçrə arasında süni intellekt, rəqəmsal texnologiyalar, innovasiya, yüksək texnologiyalar, humanitar və mədəni əməkdaşlıq kimi sahələrdə də əməkdaşlığın genişləndirilməsi üçün əlverişli imkanlar mövcuddur. İsveçrə innovativ texnologiyalar və yüksək intellektual məhsulların istehsalı sahəsində Avropanın qabaqcıl ölkələrindən biri hesab olunur ki, bu da qarşılıqlı təcrübə mübadiləsi üçün mühüm zəmin yaradır.

Ümumilikdə, Azərbaycan–İsveçrə münasibətlərinin mövcud potensialının hələ tam reallaşdırılmadığını söyləmək mümkündür. Mövcud imkanlardan daha səmərəli istifadə etməklə siyasi, iqtisadi və texnoloji əməkdaşlığın daha da dərinləşdirilməsi mümkündür. Eyni zamanda İsveçrənin yerləşdiyi regionun beynəlxalq diplomatiyada mühüm rolunu nəzərə alaraq, beynəlxalq təşkilatlar çərçivəsində çoxtərəfli əməkdaşlığın genişləndirilməsi istiqamətində də yeni təşəbbüslərin irəli sürülməsi üçün əlverişli şərait mövcuddur”.
Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər