İran parlamenti Hörmüz boğazında ABŞ gəmilərinə qadağa layihəsini qəbul edib
Operativ Media
İran parlamentinin Milli Təhlükəsizlik Komitəsi Hörmüz boğazında təhlükəsizliyin təmin edilməsi ilə bağlı yeni qanun layihəsini yekdilliklə qəbul edib.
Operativ Media xəbər verir ki, bu barədə ISNA məlumat yayıb.
Parlamentin Milli Təhlükəsizlik Komitəsi “Hörmüz boğazının təhlükəsizliyinin və rifahının təmin edilməsi üzrə strateji tədbirlər haqqında” qanun layihəsini yekdilliklə qəbul edib.
Qeyd edək ki, qanun layihəsinin hazırlanması barədə avqustun 7-də İran parlamentinin Rəyasət Heyətinin üzvü Əlirza Səlimi məlumat vermişdi.
Sənədə əsasən, İran ABŞ, İsrail və digər “düşmən ölkələrə” məxsus gəmilərin Hörmüz boğazından keçidini qadağan etməyi planlaşdırır.
İsraillə əlaqəli mülki və hərbi yüklərin daşınmasına da icazə verilməyəcək.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net