"Fənərbaxça" Romelu Lukaku üçün "Napoli"yə rəsmi təklif göndərib
Türkiyənin "Fənərbaxça" klubu İtaliya "Napoli"sində çıxış edən hücumçu Romelu Lukakunun transferi üçün qarşı tərəfə təxminən 6 milyon avroluq ilk rəsmi təklifini təqdim edib.
Operativ Media xəbər verir ki, bu barədə tanınmış jurnalist Matteo Moretto məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, İtaliya təmsilçisi təcrübəli forvard üçün bu məbləğdən iki dəfə çox qazanc əldə etmək niyyətindədir. Transfəri yekunlaşdırmaq istəyən İstanbul klubunun yaxın vaxtlarda daha yaxşı şərtlərlə yeni təklif irəli sürəcəyi gözlənilir.
Qeyd olunub ki, 33 yaşlı belçikalı futbolçu artıq "Fənərbaxça"ya keçməyə razılıq verib.
Hücumçu 2025/2026-cı illər mövsümündə zədə səbəbindən oyunların böyük hissəsini buraxsa da, "Napoli" heyətində bütün turnirlər daxil olmaqla 7 matçda meydana çıxıb və 1 qolla yadda qalıb. Futbolçunun Neapol klubu ilə müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.