Menyu

İran və Pakistan XİN rəhbərləri telefonla danışıb

Operativ Media
İran və Pakistan XİN rəhbərləri telefonla danışıb

İranın xarici işlər naziri Abbas Əraqçi ilə Pakistanın xarici işlər naziri Məhəmməd İshaq Dar arasında telefon danışığı baş tutub.

Operativ Media xəbər verir ki, bu barədə Əraqçi paylaşım edib.

Tərəflər ikitərəfli münasibətləri və regional prosesləri müzakirə ediblər.

Əraqçi İranın Omanla Hörmüz boğazından gəmilərin təhlükəsiz keçidi üçün uyğun marşrutun müəyyənləşdirilməsi ilə bağlı danışıqlarının son vəziyyəti barədə məlumat verib və bu prosesin davam etdiriləcəyini vurğulayıb.

İshaq Dar isə Pakistanın Səudiyyə Ərəbistanı və Türkiyə ilə imzaladığı üçtərəfli müdafiə sazişi ilə bağlı ölkəsinin mövqeyini açıqlayıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər