Lənkəranda bir neçə kənd və qəsəbədə yanğın baş verib
Operativ Media
Lənkəranda bir gündə bir neçə kənd, qəsəbə və yaşayış məntəqəsində yanğın qeydə alınıb.
Operativ Media APA-ya istinadən xəbər verir ki, yanğınlar əsasən Lənkəran rayonunun Mis və Şürük kəndlərində, eləcə də Liman şəhəri və Nərimanabad-1 qəsəbəsində baş verib.
Daxil olan məlumatlarla əlaqədar Lənkəran və Masallı rayon Dövlət Yanğından Mühafizə hissələrinin texnikaları və canlı qüvvələri ərazilərə cəlb olunub.
Görülən operativ tədbirlər nəticəsində yanğınların qarşısı alınıb.
Hazırda Lənkəran şəhərinin Zərifə Əliyeva küçəsində yerləşən Xarici Dillər Təmayüllü Gimnaziyanın həyətyanı sahəsində otlaq ərazidə yanğın davam edir.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net