Oğlan tələbələrə kirayə ev verilməməsinin səbəbi nədir? - VİDEO
Kirayə mənzil axtaran oğlanların, xüsusilə tələbələrin ev sahiblərindən ən çox eşitdiyi cavablardan biri “oğlanlara ev vermirik” olur.
Operativ Media "ATV xəbər"ə istinadən xəbər verir ki, bu yanaşma kirayə mənzil bazarında geniş yayılıb. Bir çox ev sahibi mənzilini oğlanlara deyil, ailələrə və qadınlara kirayə verməyə üstünlük verir.
Ev sahibləri bu qərarlarını əsasən oğlanların mənzili natəmiz saxlaması, gec saatlarda evə gəlməsi və qonşularla problem yaşaya bilməsi ilə əsaslandırırlar. Maklerlər də kirayə bazarında belə halların geniş yayıldığını bildirirlər.
Sosioloqlar hesab edirlər ki, bu yanaşma yalnız fərdi təcrübələrlə deyil, illər ərzində formalaşmış stereotiplərlə də bağlıdır. Bir neçə mənfi təcrübənin ümumiləşdirilərək bütün oğlanlara şamil edilməsi gənclərin kirayə mənzil tapmasını çətinləşdirir.
Ekspertlərin fikrincə, ali təhsil müəssisələrində tələbələrin yaşayış imkanlarının məhdud olması da onları kirayə mənzil bazarına üz tutmağa məcbur edir. Bu səbəbdən oğlan tələbələrin mənzil tapmaqda qarşılaşdığı çətinliklər sosial problem kimi də qiymətləndirilir.
Ətraflı videoda: