Menyu

Kiyevin məşhur kitab bazarına zərbələr edilib

Operativ Media
Kiyevin məşhur kitab bazarına zərbələr edilib

Rusiya ordusunun avqustun 16-na keçən gecə Kiyevə endirdiyi zərbələr nəticəsində “Poçayna” metro stansiyası yaxınlığındakı məşhur kitab bazarı ciddi dağıntılara məruz qalıb.

Operativ Media xəbər verir ki, əvvəllər “Petrovka” kimi tanınan bazarın bir neçə ticarət sırası tamamilə yanıb, çoxsaylı obyektlərin şüşələri sınıb.

Kiyev Şəhər Şurasının deputatı Taras Krivoruçkonun sözlərinə görə, bazardakı ticarət köşklərinə üç raket düşüb.

Yanğın təxminən 2 min kvadratmetr ərazini əhatə edib. Zərbə nəticəsində “Poçayna” metro stansiyasının girişi və yaxınlıqdakı ticarət obyektləri də zədələnib.

Hadisə yerində yanğının nəticələrinin aradan qaldırılması davam edir. Bəzi pavilyonlardan hələ də tüstü qalxır, ərazidə yanmış kağız və plastik qoxusunun hiss olunduğu bildirilir.

Nəşriyyat və kitab sektorunun nümayəndələri bazarın məhv edilməsini Kiyevin mədəni həyatında “bir dövrün sonu” kimi qiymətləndiriblər.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər