Menyu

Müslüm Maqomayevin anadan olmasının 84-cü ildönümü münasibətilə anım mərasimi keçirilib

Operativ Media
Müslüm Maqomayevin anadan olmasının 84-cü ildönümü münasibətilə anım mərasimi keçirilib

Xalq artisti Müslüm Maqomayevin anadan olmasının 84-cü ildönümü ilə əlaqədar Fəxri Xiyabanda anım mərasimi keçirilib.

Operativ Media xəbər verir ki, mərasimdə Müslüm Maqomayevin həyat yoldaşı, SSRİ Xalq artisti Tamara Sinyavskaya, mədəniyyət nazirinin müavini Səadət Yusifova, Mədəniyyət Nazirliyinin nümayəndələri və tanınmış mədəniyyət xadimləri sənətkarın məzarını ziyarət edib, üzərinə gül dəstələri qoyublar.

Mədəniyyət nazirinin müavini Səadət Yusifova qeyd edib ki, Müslüm Maqomayevin irsi bundan sonra da yaşayacaq: "Müslüm Maqomayev böyük dahi sənətkar olub. Onun yaradıcılığı həm Azərbaycan, həm də dünya musiqi irsinin bir parçasıdır. Oxuduğu mahnılar hələ də yaşayır. İnanırıq ki, Müslüm Maqomayevin irsi bundan sonra da yaşayacaq".

Azərbaycanın Xalq rəssamı, heykəltaraş Ömər Eldarov çıxış edərək Xalq artistinin Azərbaycan mədəniyyətinə verdiyi töhfələrdən söz açıb. O qeyd edib ki, Müslüm Maqomayevin xatirəsinə ucaldılmış abidənin heykəltaraşı olduğu üçün özünü xoşbəxt hiss edir.

Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Hacı İsmayılov vurğulayıb ki, Müslüm Maqomayevi yaxından gördüyü üçün özünü xoşbəxt hiss edir: "Fəxr edirik ki, Azərbaycanın Müslüm Maqomayev kimi sənətkarı var. O həmişə qəlbimizdə yaşayır".

Xatırladaq ki, Müslüm Məhəmməd oğlu Maqomayev 1942-ci il avqustun 17-də Bakı şəhərində anadan olub. Məşhur Azərbaycan bəstəkarı Müslüm Maqomayevin nəvəsidir.

O, bir neçə beynəlxalq mahnı müsabiqəsində Azərbaycanı təmsil edərək, birinci yerə və "Qızıl val" mükafatına layiq görülüb. Rəhbəri olduğu simfonik orkestrlə birgə həm keçmiş Sovet İttifaqının şəhərlərində, həm də Fransa, Bolqarıstan, Polşa, Finlandiya, Kanada, İran və digər ölkələrdə konsertlər verib.

M.Maqomayev 1964-cü ildə respublikanın Əməkdar artisti, 1971-ci ildə Xalq artisti, 1973-cü ildə SSR-nin Xalq artisti fəxri adlarına layiq görülüb. Əfsanəvi müğənni 1997-ci ildə müstəqil Azərbaycanın "Şöhrət", 2002-ci ildə isə "İstiqlal" ordenləri ilə təltif olunub.


Sənətkar 2008-ci il oktyabrın 25-də vəfat edib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər