Menyu

Almaniyada iğtişaş zamanı 35 polis yaralanıb

Operativ Media
Almaniyada iğtişaş zamanı 35 polis yaralanıb

Almaniya kuboku uğrunda "Valdhof" və "Kayzerslautern" komandaları arasında keçirilən ilk tur matçı kütləvi iğtişaşlarla başa çatıb.

Operativ Media xəbər verir ki, Mannheimdə keçirilən oyunda baş verən iğtişaş zamanı 35 polis yaralanıb, bir neçə azarkeş isə həbs edilib.

Ümumilikdə 85 nəfərə tibbi yardım göstərilib.

Karl-Benz stadionunda keçirilən oyunda bütün biletlər satılıb. Azı 23.500 tamaşaçının olduğu stadionun tribunalarında dəfələrlə partlayıcı maddələr işə salınıb.

Meydanda oyunçular arasında baş verən toqquşmadan sonra "Kayzerslautern"in tərəfdarları meydançaya əşyalar atıblar. Bundan sonra iki komanda arasında dava düşüb.

Matçın təhlükəsizliyini təmin etmək üçün təxminən 1400 təhlükəsizlik işçisi səfərbər edilib.

Oyun "Kayzerslautern"in 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qol əlavə vaxtın son dəqiqəsində vurulub.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər