İçərisində 24 çinlinin olduğu yük gəmisi batıb
Operativ Media
İçərisində 24 çinlinin olduğu yük gəmisi Hindistanın şərqindəki Benqal körfəzində batıb.
Operativ Media xəbər verir ki, Panama bayrağı altında üzən gəminin göyərtəsində 24 heyət üzvü olub. Gəmi Odişadan dəmir filizi yükü ilə Sinqapura gedirdi.
Hadisədən sonra Hindistan Sahil Mühafizəsi və Hərbi Dəniz Qüvvələri axtarış-xilasetmə əməliyyatına başlayıb. Bölgədəki digər gəmilər də xilasetmə işlərinə kömək etmək üçün xəbərdar edilib.
Yerli polis sözçüsü agentliyə bildirib ki, hakimiyyət orqanları hələ də neçə nəfərin xilas edildiyini müəyyən etməyə çalışır.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net