Menyu

Avropada doğum səviyyəsi azalıb

Nərmin Qocamanlı
Avropada doğum səviyyəsi azalıb

Avropada pandemiya səbəbindən doğum səviyyəsi 14 % azalıb.

“Operativ Media" xarici KİV-ə istinadən xəbər verir ki, pandemiyadan əvvəl Avropada illik azalma 3 % idi.

Koronavirusun yayılması zamanı bu rəqəm 14 %-ə çatıb. İsveçrəli tədqiqatçılar bu göstəricinin birbaşa xəstəliklə əlaqəli olduğuna inanırlar.

Alimlərin fikrincə, ən böyük azalma 9-10 aylıq sərt karantin məhdudiyyətlərinin tətbiq edildiyi 2021-ci ilin yanvarında qeydə alınıb. Xüsusilə Litvada doğum səviyyəsi 28 %, İspaniyada 24 % azalıb. Eyni zamanda, qadağaların tətbiq olunmadığı İsveçrədə doğum nisbəti dəyişməyib.

Tədqiqatçıların fikrincə, insanlar sağlamlıq problemləri, stres və sosial-iqtisadi böhran fonunda hamiləliyin planlaşdırılmasını ertələmək qərarına gəliblər.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər