Menyu

İsrail və Yunanıstan birgə dəniz təlimləri keçirib

Operativ Media
İsrail və Yunanıstan birgə dəniz təlimləri keçirib
1 dəq oxu

Türkiyə ilə gərginliyin artması fonunda İsrail və Yunanıstan Aralıq dənizində birgə dəniz təlimləri keçiriblər.

Operativ Media xəbər verir ki, təlimlərdə İsrailin raket katerləri və Yunanıstan Hərbi Dəniz Qüvvələrinin bir neçə bölməsinin gəmiləri iştirak edib. 

Manevrlərə İsrail və Yunanıstan donanmalarının komandirləri Eyal Harel və Dimitrios-Eleftherios Katharos, eləcə də Yunanıstan Baş Qərargah rəisi Dimitrios Hupis rəhbərlik edib.

İsrail Müdafiə Qüvvələrinin məlumatına görə, hərbçilər dənizdəki təhdidləri müəyyən etmək və zərərsizləşdirmək, birgə gəmi əməliyyatları aparmaq və düşmən gəmisini raket atəşi ilə məhv etmək üzrə təlim keçiblər.

Əlaqəli Xəbərlər