Menyu

Argentinada daşqınlar səbəbindən minlərlə sakin təxliyə edilib

Nicat Hüseynli
Argentinada daşqınlar səbəbindən minlərlə sakin təxliyə edilib
1 dəq oxu

Argentinanın şimal-şərqində baş verən daşqınlar nəticəsində 2 nəfər həlak olub, 2 mindən çox insan evlərini tərk edib.

Operativ Media xəbər verir ki, bu barədə “Página/12” qəzeti məlumat yayıb.

Məlumata görə, güclü yağışlar Parana, Uruqvay və İquasu çaylarında suyun səviyyəsini yüksəldərək yaşayış məntəqələrini təhlükə altına salıb.

Çako və Korrientes ştatlarında minlərlə sakin təxliyə edilib. Misiones ştatında 100-dən çox evə ziyan dəyib, bəzi yollar və körpülər bağlanıb. İquasu şəlaləsinin bəzi hissələrinə giriş də məhdudlaşdırılıb.

Əlaqəli Xəbərlər