Menyu

ABŞ-də universitet stadionu yaxınlığında atışma olub

Operativ Media
ABŞ-də universitet stadionu yaxınlığında atışma olub
1 dəq oxu

ABŞ-nin Florida ştatının Tallahassi şəhərində baş verən atışma nəticəsində azı 12 nəfər yaralanıb, onlardan altısı yetkinlik yaşına çatmayan şəxsdir.

Operativ Media xəbər verir ki, bu barədə "Tallahassee Democrat" qəzeti məlumat yayıb.

İnsident şənbə günü axşam saatlarında Florida Kənd Təsərrüfatı və Mexanika Universitetinin (FAMU) "Breqq" memorial stadionunun yaxınlığında qeydə alınıb.

Nəşrin verdiyi məlumata görə, xəsarət alanlardan üçünün vəziyyəti ağırdır.

Həkimlər yaralılardan birinin vəziyyətini kritik olaraq qiymətləndirirlər. Hadisə ilə bağlı polis tərəfindən genişmiqyaslı araşdırma aparılır.

Əlaqəli Xəbərlər