Menyu

Husilər Səudiyyə Ərəbistanında neft obyektlərinə və hava limanlarına hücum edib

Nicat Hüseynli
Husilər Səudiyyə Ərəbistanında neft obyektlərinə və hava limanlarına hücum edib
1 dəq oxu

Yəmənin “Ənsar Allah” hərəkatı (husilər) Səudiyyə Ərəbistanında neft obyektlərinə, hava limanlarına və hərbi bazaya hücumlar təşkil etdiyini açıqlayıb.

Operativ Media xəbər verir ki, bu barədə hərəkatın hərbi sözçüsü Yəhya Saria məlumat verib.

Onun sözlərinə görə, hücumlarda ballistik raketlərdən və pilotsuz uçuş aparatlarından istifadə olunub. Hədəflər arasında “Saudi Aramco” obyektləri, neft emalı zavodu, neft kəməri, eləcə də Ər-Riyad, Dəmmam və Nəcran hava limanları olub.

Əlaqəli Xəbərlər