"Kəpəz" - "Neftçi" oyununda topa ilk zərbəni erməni terroru zamanı valideynlərini itirmiş uşaq vuracaq

Nərmin Qocamanova
"Kəpəz" - "Neftçi" oyununda topa ilk zərbəni erməni terroru zamanı valideynlərini itirmiş uşaq vuracaq

Azərbaycan Premyer Liqasının X turunda keçiriləcək "Kəpəz" - "Neftçi" oyununda topa ilk zərbəni Vətən müharibəsi vaxtı ermənilərin Gəncəyə raket hücumu nəticəsində hər iki valideynini itirmiş Hüseyn Əliyev endirəcək.

“Operativ Media" nın məlumatna görə, bu barədə Peşəkar Futbol Liqasının texniki idman direktoru Elgiz Abbasov özünün feysbuk səhifəsində paylaşım edib.

Qeyd edək ki, oktyabrın 16-da Gəncə şəhər stadionunda keçiriləcək Azərbaycan derbisi saat 15:00-da başlayacaq.

 

Şəkil Qalereyası

"Kəpəz" - "Neftçi" oyununda topa ilk zərbəni erməni terroru zamanı valideynlərini itirmiş uşaq vuracaq - Şəkil 1

Digər xəbərlər