15 Oktyabr 2022, 19:36
Almaniya kansleri Avropa İttifaqında islahatlara çağırıb
Almaniya kansleri Avropa İttifaqında islahatlara çağırıb şəkil
Almaniya kansleri Avropa İttifaqında islahatlara çağırıb

Almaniya kansleri Olaf Şolts Avropa İttifaqında (Aİ) islahatlar və genişlənməyə çağırıb.

“Operativ Media" TASS-a istinadən xəbər verir ki, o, bunu Berlində Avropa Sosialistlər Partiyasının Konqresinin 300-ə yaxın nümayəndəsi qarşısında çıxışı zamanı deyib.

Şolts Aİ-də yeni üzvlərin qəbulu üçün islahatlara ehtiyac olduğunu qeyd edib.

"500 milyondan çox azad və bərabərhüquqlu vətəndaşın yaşadığı 27, 30, 36 dövlətdən ibarət vahid Avropa İttifaqı bu dünyada öz çəkisini daha da artıra bilər", - Şolts bildirib.

O, koordinasiyalı şəkildə silah və texnikanın alınmasının, eləcə də 2025-ci ilə qədər Aİ-nin silahlı qüvvələrinin yaradılmasının vacibliyini vurğulayıb.

Son xəbərlər
Rusiya XİN vətəndaşlarına xəbərdarlıq edib
Babəkin bəzi kəndlərində qaz olmayacaq
Türkiyədə 4,9 bal gücündə zəlzələ olub
Azərbaycan səfirliyinə hücumun icraçısının edamı üçün zəruri hazırlıqlar başa çatıb
Pezeşkian Zəngəzur dəhlizi ilə bağlı düşüncələrini açıqlayıb - VİDEO
27 Aprel 2025, 22:50
İran Prezidenti: İki qardaş ölkə kimi əməkdaşlıq sahələrimizi genişləndirməliyik
Məsud Pezeşkian: Keçmişdə qardaş olmuşuq, gələcəkdə də qardaş olacağıq
"Qarabağ" 12-ci çempionluğunu qazandı