Menyu

Ermənistan Azərbaycanla sərhəddə "ağıllı pasport" sistemi tətbiq edəcək

Əsəd Abbaslı
Ermənistan Azərbaycanla sərhəddə "ağıllı pasport" sistemi tətbiq edəcək
1 dəq oxu

Ermənistan sərhəddə "ağıllı pasport" sistemi tətbiq edəcək.

Operativ Media xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin sərhədlərində, o cümlədən Azərbaycanla sərhəddə “ağıllı” pasport nəzarət sisteminin tətbiq olunacağını açıqlayıb.

Onun sözlərinə görə, ölkəyə giriş ümumi dövlət prinsipləri əsasında tənzimlənəcək.

Yeni sistem elektron oxuyucularla işləyəcək, sərhədçilər isə yalnız şübhəli şəxslərin müəyyən edildiyi hallarda prosesə müdaxilə edəcəklər.

Texnologiyanın Ermənistanın bütün quru sərhədlərində və hava limanlarında tətbiqi planlaşdırılır.

Əlaqəli Xəbərlər