Metroda qiymət artımı gözlənilir
Nərmin Qocamanlı
"Metroda differensial qiymət artımı ola bilər".
Operativ Media xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Bakı Metropoliteni"nin sədrinin müşaviri Emil Əhmədov bildirib.
O qeyd edib ki, "Bakı Metropoliteni" QSC qiymətlərin artırılması və azaldılması kimi bir səlahiyyətə sahib olmadığı üçün bu gün bu mövzu müzakirə olunmur, amma differensial qiymət artımı ola bilər.
"Gündəmdə olan məsələlərdəndir, amma bunun üçün tamamlama, infrastuktur işləri, yeni stansiyaların açılması, müvafiq ödəniş sistemlərinin tətbiqi və s. kimi məsələlər var. Yəni ki, differensial qiymət artımı gələcəkdə ola bilər, nəzərdə tutulur, amma bu gün bu barədə yekun bir qərar yoxdur",- deyə E.Əhmədov bildirib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net