İki müntəzəm marşrut üzrə avtobuslar yenilənib
Şəfa Hüseynli
Bakı Beynəlxalq Avtovağzal Kompleksini Sulutəpə qəsəbəsi ilə əlaqələndirən 157 nömrəli və Sumqayıt şəhəri ilə əlaqələndirən 503 nömrəli marşrut üzrə xətlərə sentyabrın 14-ü və 15-dən yeni avtobuslar istismara veriləcək.
Operativ Media xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Məlumata görə, 157 və 503 nömrəli marşrutları yeni avtobuslarla təminatını "BusTrans" MMC və "BakuBus" MMC həyata keçirəcəklər.
157 nömrəli marşrut üzrə gedişhaqqı 0,50 manat, 503 nömrəli marşrut üzrə isə 0,70 manat təşkil edəcək.
Hə iki marşrut üzrə sərnişindaşıma nağdsız ödəniş əsasında həyata keçiriləcək.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net