http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Azərbaycanın “Qətiyyətli cavab” əməliyyatı

13 Sentyabr 2022 , 10:50
Azərbaycanın “Qətiyyətli cavab” əməliyyatı

“Səhər saat 9:15-də Azərbaycan Ordusunun “Qətiyyətli cavab” əməliyyatı uğurla başa çatıb. Ən qısa müddətdə, ən yüksək peşəkarlıqla və dəqiqliklə həyata keçirilib (mülki obyektlərə ziyan dəyməyib). Laçın və Kəlbəcər istiqamətində sərhəd hissələrində ən azı potensial olaraq təxribatlar üçün istifadə oluna bilən Ermənistanın bütün hərbi infrastrukturu Ordumuzun arsenalında olan yüksək dəqiqlikli silahlarla darmadağın edilib və onun bərpası üçün illər lazım olacaq”.

Bunu “Caliber” nəşri öz mənbələrinə istinadən bildirib.

Qeyd olunub ki, Ermənistan ordusunun itkiləri 150-200 nəfər təşkil edib, yüzlərlə yaralı var. İki S-300 hava hücumundan müdafiə sistemi məhv edilib. Onların dəyəri yarım milyard dollardan çoxdur.

Azərbaycan ordusu sərhədyanı bölgədə delimitasiya olunmayan bir sıra mühüm strateji mövqelərə və yüksəkliklərə nəzarəti təmin edib. Ermənistan ərazisindən keçən bir sıra strateji kommunikasiyalar da vizual və atəş nəzarətinə götürülüb.

“Azərbaycanın başqa dövlətin ərazisini işğal etmək niyyəti yoxdur, lakin onun sərhədlərinin təhlükəsizliyini təmin etmək üçün ən qətiyyətli tədbirlər görüləcək. Şəhidlərimizin qanı qisassız qalmadı, erməni tərəfinə “Qətiyyətli cavab” verildi”, - nəşr əlavə edib.

OXŞAR XƏBƏRLƏR
Heydər Əliyev Fondu və ICESCO arasında əməkdaşlığa dair memorandum imzalanıb

Heydər Əliyev Fondu və ICESCO arasında əməkdaşlığa dair memorandum imzalanıb

Prezident İlham Əliyev Şuşada ICESCO-nun Baş direktorunu qəbul edib YENİLƏNİB

Prezident İlham Əliyev Şuşada ICESCO-nun Baş direktorunu qəbul edib YENİLƏNİB

Gənclər və İdman Nazirliyinin rəhbərliyi və kollektivi Ulu Öndərin məzarını ziyarət edib

Gənclər və İdman Nazirliyinin rəhbərliyi və kollektivi Ulu Öndərin məzarını ziyarət edib

XƏBƏR LENTİ
  • 11:42

    Heydər Əliyev Fondu və ICESCO arasında əməkdaşlığa dair memorandum imzalanıb
  • 11:33

    Prezident İlham Əliyev Şuşada ICESCO-nun Baş direktorunu qəbul edib YENİLƏNİB
  • 11:25

    Ermənistan parlamentinin keçmiş deputatı Rusiyada saxlanılıb
  • 10:56

    Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 13% artıb
  • 10:41

    Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb
    Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb
  • 10:36

    Azərbaycan və Ermənistan XİN başçıları bu gün Almatıda danışıqları davam etdirəcək
    Azərbaycan və Ermənistan XİN başçıları bu gün Almatıda danışıqları davam etdirəcək
  • 10:34

    Rayonlara yağış, bəzi yerlərə qar yağıb
  • 10:11

    DİN: Azad olunan bölgələrin təhlükəsiz əraziyə çevirilməsi üçün tədbirlər davam etdirilir
Menyu