Paytaxtın Binəqədi rayon sakini olan bir nəfər polisə müraciət edərək 500 manat dəyərində motosikletinin naməlum şəraitdə oğurlanmasını bildirib. Polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 46 yaşlı Q.Məmmədov müəyyən olunaraq saxlanılıb.
Operativ Media-ya bu barədə DİN-nin mətbuat xidmətindən məlumat verilib.
Sumqayıt şəhərində isə 800 manat dəyərində skuteri oğurlamaqda şübhəli bilinən 34 yaşlı R.Abdullayev də polis əməkdaşları tərəfindən saxlanılıb. Hər iki faktla bağlı araşdırma aparılır.