Menyu

Təbiətə 151 min manatdan çox ziyan vurulması faktı aşkarlanıb

Nərmin Qocamanlı
Təbiətə 151 min manatdan çox ziyan vurulması faktı aşkarlanıb

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Bakı, Sumqayıt şəhərləri və Ağstafa rayonunun inzibati ərazisində yaşıllıqların qanunsuz kəsilməsi halları aşkar olunub.

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən Operativ Media-ya verilən məlumata görə, Araşdırma zamanı Bakı şəhəri Yasamal rayonu Şərifzadə küçəsi, Binəqədi rayonu Biləcəri qəsəbəsi, Sumqаyıt şəhəri 11-ci mikrorayon, Ağstafa rayonu Böyükkəsik və Kolxəlifəli kəndləri ərazisində ağacların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara 151 100 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilməsi üçün hazırlanır.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər