Menyu

Ötən ay 37 aptekdə yoxlama aparılıb

Nərmin Qocamanlı
Ötən ay 37 aptekdə yoxlama aparılıb
1 dəq oxu

Bu ilin sentyabr ayı ərzində Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən ümumilikdə 37 aptekdə yoxlama həyata keçirilib.

Mərkəzdən Operativ Media-ya verilən məlumata görə, həmin yoxlamalardan 9-u Bakıda, 28-i isə respublikanın digər şəhər və rayonlarında yerləşən apteklərdə aparılıb.

Aparılmış yoxlamalar nəticəsində 8 müxtəlif nöqsan aşkarlanıb və həmin hallarla bağlı İnzibati Xətalar Məcəlləsinin beş maddəsi üzrə 11 protokol tərtib edilib.

Əlaqəli Xəbərlər