Menyu

"QS 2026" qlobal reytinqinə daxil olan universitetlərimiz təltif olunub

Nərmin Qocamanlı
"QS 2026" qlobal reytinqinə daxil olan universitetlərimiz təltif olunub

Oktyabrın 3-də "QS 2026" qlobal reytinqində yer alan Azərbaycan universitetlərinin təltif olunması mərasimi keçirilib. 

Elm və Təhsil Nazirliyindən Operativ Media-ya verilən məlumata görə, tədbirdə elm və təhsil nazirinin müavini Həsən Həsənli, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova, aparıcı universitetlərimizin rəhbər heyəti və QS agentliyinin regional direktoru Sergey Xristolyubov iştirak edib. 

Qeyd edək ki, cari ilin iyun ayında elan olunmuş "QS 2026" qlobal reytinqinə Azərbaycandan ilk dəfə 9 universitet daxil olub. Bu göstərici ötən ilə nisbətən 3 dəfə artıb. Eyni zamanda, Azərbaycandan sözügedən reytinqə daxil olan universitetlərin sayı digər Cənubi Qafqaz ölkələrindən bu reytinqə daxil olan cəmi universitet sayından 3 dəfə çoxdur.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Fotogalereya

Əlaqəli Xəbərlər