Menyu

Xankəndində III MDB Oyunları zamanı polis əməkdaşları fasiləsiz xidməti davam etdirir

Nərmin Qocamanlı
Xankəndində III MDB Oyunları zamanı polis əməkdaşları fasiləsiz xidməti davam etdirir

III MDB Oyunları çərçivəsində Xankəndi şəhərində keçirilən kamandan oxatma yarışı zamanı təhlükəsizliyin təmini məqsədi ilə Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları gücləndirilmiş iş rejimində fəaliyyətlərini davam etdirirlər.

DİN-in mətbuat xidmətindən Operativ Media-ya verilən məlumata görə, şəhərin əsas küçə və prospektlərində, idman obyektinin yerləşdiyi ərazidə ictimai asayişin qorunması, iştirakçıların və tamaşaçıların təhlükəsizliyinin təmin edilməsi üçün fasiləsiz xidmət təşkil olunub.

Polis əməkdaşları tərəfindən oyunlara qatılan yerli və xarici idmançılarla yanaşı, qonaqların rahatlığını təmin etmək məqsədilə nəqliyyatın hərəkəti tənzimlənib, insanların sərbəst və təhlükəsiz gediş-gəlişinə şərait yaradılıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər