Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələri tərəfindən Bərdə şəhərinin raket və artilleriya atəşinə tutulmasından 5 il ötür.
Operativ Media xatırladır ki, 2020-ci il oktyabrın 5-də Bərdə şəhərinin mərkəzi küçələrinə və mərkəzi xəstəxananın yaxınlığına raket mərmisi düşüb.
Nəticədə 2 nəfər həlak olub, 6 nəfər yaralanıb, mülki infrastruktura külli miqdarda ziyan dəyib.
Qeyd edək ki, Bərdə şəhəri 5, 8, 27, 28 oktyabr və 7 noyabr tarixlərində ümumilikdə 5 dəfə atəşə məruz qalıb. Nəticədə 28 nəfər həlak olub, 108 nəfər yaralanıb.
Teqlər:
"B\u0259rd\u0259nin raket at\u0259\u015fin\u0259 tutulmas\u0131ndan 5 il \u00f6t\u00fcr"