Hansı sənədsiz evlərə "kupça" veriləcək?
Nərmin Qocamanlı 1700 baxış
Binəqədi qəsəbəsində illərdir həllini tapmayan qeydiyyatsız evlər problemi yüzlərlə ailəni narahat edir.
Operativ Media AZTV-yə istinadən xəbər verir ki, sakinlər yaşadıqları evlərin böyük əksəriyyətinin çıxarışının olmamasından şikayətlənirlər.
Qanunsuz tikilən yaşayış massivlərində minlərlə ailə hüquqsuz yaşayır. Sakinlərin əsas tələbi yaşadıqları evin qanuni sahibi olmaqdır.
Problemlə bağlı danışan bir sakin bildirib: "Məhəllədə heç kimdə qeydiyyat vəsiqəsi yoxdur. Hamımızın evi qeydiyyatsızdır. Çox istəyərdik qeydiyyata düşək".
Sənədsiz evlər məsələsi Binəqədi qəsəbəsində ciddi narazılıq yaradır və vətəndaşlar bu problemin tezliklə həll olunacağını ümid edirlər.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net