Məktəblilər arasında idman yarışlarına start verilib

Nərmin Qocamanova
Məktəblilər arasında idman yarışlarına start verilib

Oktyabrın 1-dən etibarən atletika, basketbol və badminton idman növləri üzrə “Məktəblilər arasında respublika çempionatı”na başlanılıb.

MÜTDA-dan  Operativ Media-ya verilən məlumata görə, çempionat Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi, Azərbaycan Atletika Federasiyası, Azərbaycan Basketbol Federasiyası və Azərbaycan Badminton Federasiyasının birgə təşkilatçılığı ilə keçirilir.

Yarışlar atletika və badminton üzrə 2014–2015-ci il, basketbol üzrə isə 2015–2016-cı il təvəllüdlü məktəblilər arasında təşkil olunub.

Qeyd edək ki, çempionatın məqsədi ümumi təhsil məktəblərində bədən tərbiyəsi və idmanın şagirdlər arasında kütləviləşdirilməsi, fiziki tərbiyə fənninin tədrisinin təkmilləşdirilməsi, həmçinin məktəblilər arasında sağlam və aktiv həyat tərzinin təşviq olunmasıdır.

Digər xəbərlər