Menyu

Dövlət Xidməti: Ötən ay 43 informasiya resursunda təhlükəsizlik boşluqları aşkarlanıb

Nərmin Qocamanlı
Dövlət Xidməti: Ötən ay 43 informasiya resursunda təhlükəsizlik boşluqları aşkarlanıb

Bu ilin yanvar-sentyabr aylarında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) həyata keçirdiyi audit/pentest yoxlamaları və monitorinqlər nəticəsində dövlət qurumlarının 1019 informasiya resursunda təhlükəsizlik boşluqları müəyyən edilib və onların aradan qaldırılması üçün aidiyyəti qurumlara müvafiq bildirişlər göndərilib.

Dövlət Xidmətindən Operativ Media-ya bildirilib ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 63 faiz çoxdur.

Sentyabr ayında 43 informasiya resursunda təhlükəsizlik boşluqları aşkarlanıb ki, bu da ötən ilə nisbətən 45 faiz azdır.

Qeyd edək ki, ötən il dövlət qurumlarının ümumilikdə 857 informasiya resursunda təhlükəsizlik boşluqları aşkarlanmışdı. Bu isə əvvəlki illə müqayisədə 23 faiz çoxdur.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər