Menyu

Narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Şəfa Hüseynli
Narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri uğurla davam etdirilir.

Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətinə dövlət sərhədinin pozulması halının qarşısı alınmışdır.

Operativ Media-ya bu barədə DSX-dən məlumat verilib.

Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində xidməti ərazidən ümumi çəkisi 22 kiloqram 60 qram narkotik vasitə marixuana aşkar olunaraq götürülmüşdür.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Teqlər:

"Narkotik vasit\u0259nin \u00f6lk\u0259 \u0259razisin\u0259 ke\u00e7irilm\u0259sinin qar\u015f\u0131s\u0131 al\u0131n\u0131b"

Əlaqəli Xəbərlər