Menyu

Lökbatanda yol-nəqliyyat hadisəsi baş verib

Şəfa Hüseynli
Lökbatanda yol-nəqliyyat hadisəsi baş verib

Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

Operativ Media-ya bu barədə FHN-dən məlumat verilib.

Məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “JEEP” və iki “TOYOTA” markalı minik avtomobilinin iştirakı ilə zəncirvari yol-qəza hadisəsi baş verib və “TOYOTA” markalı minik avtomobilinin sürücüsü deformasiyaya uğramış avtomobildə sıxılı vəziyyətdə qalıb.

Xilasedicilər tərəfindən avtomobildə sıxılı vəziyyətdə qalan sürücü, 1977-ci il təvəllüdlü Elçin Quşarov təcili tibbi yardım briqadasına təhvil verilib.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər